Çexiyanın şimal-qərbindəki Most şəhərində restoranda propan-butan balonunun partlaması nəticəsində altı nəfər ölüb, səkkiz nəfər isə xəsarət alıb.
Bizim.Media Sinxua agentliyinə istinadən xəbər verir ki, partlayışla bağlı Çexiyanın yanğın-xilasetmə xidməti açıqlama yayıb. Bildirilib ki, restorandan və yaxınlıqdakı binalardan 30 nəfər təxliyə edilib.
Çex Radiosu partlayış zamanı restoranda 20-yə yaxın qonağın olduğunu qeyd edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta