Azərbaycan 2026-cı ildə sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Korrespondent.az bildirir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
"Dünya çempionatının ölkəmizdə keçirilməsi barədə qərar Polşanın Krotoşin şəhərində Beynəlxalq Sumo Federasiyası tərəfindən qəbul edilib. Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası tərəfindən irəli sürülən namizədlik mübarizəsində Azərbaycan digər ölkələri qabaqlayaraq dünya çempionatına ev sahibliyi hüququ qazanıb", - deyə məlumatda vurğulanıb.