AZ

Daha bir güclü zəlzələ Meksikada

Mərkəzi Meksikada 6,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii hadisənin episentri təxminən 137 min əhalisi olan Kolima şəhərindən 88 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 86 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

Seçilən
8
13
news365.az

10Mənbələr