AZ

“Qrenlandiya sakinləri ABŞ-yə qoşulmağa qarşıdırlar” – FT


Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın ölkənin milli təhlükəsizliyini təmin etmək üçün adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğu barədə açıqlamaları Qrenlandiya əhalisini şoka salıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzetində dərc olunan məqalədə bildirilir.
Qeyd olunub ki, ada sakinləri ABŞ-yə qoşulmağa qarşıdırlar.
Adanın paytaxtı Nuuk şəhərinin bir neçə sakininin nəşrə verdiyi məlumata görə, Qrenlandiyalılar Trampın aqressiv tonundan şoka düşüblər.
Qrenlandiyanın keçmiş baş naziri Kuupik Kleist də Trampın açıqlamalarını tənqid edərək, qrenlandiyalıların vətənlərinin daşınmaz əmlak müqaviləsi mövzusu kimi müzakirə edildiyinə görə özlərini təhqir olunmuş hiss etdiklərini qeyd edib.
FT yazır ki, Qrenlandiya sakinləri Danimarka Krallığının tərkibində yerləşən muxtariyyətin suverenliyinin genişləndirilməsinin tərəfdarıdırlar.
Seçilən
17
yeniavaz.com

1Mənbələr