AZ

Nurməhəmmədov ABŞ-yə uçan təyyarədən çıxarılıb – Video


Keçmiş UFC (Ultimate Fighting Championship) titulunun sahibi, rusiyalı Həbib Nurməhəmmədov stüardessa ilə mübahisə etdiyi üçün ABŞ-yə uçan təyyarədən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
“Essentially Sports” portalı yazır ki, stüardessa təcili çıxışda əyləşən Nurməhəmmədovdan fövqəladə vəziyyət zamanı digər sərnişinlərə kömək edib-edə bilməyəcəyini soruşub.
Bildirilir ki, bundan sonra idmançı ilə stüardessa arasında mübahisə yaranıb və Nurməhəmmədov başqa oturacaqda əyləşməkdən imtina edib.
“Bundan sonra stüardessa uçuş nəzarətçisinə zəng edib və o, Nurməhəmmədov və yoldaşlarından təyyarəni tərk etməyi xahiş edib”, - nəşr yazır.
Seçilən
14
yeniavaz.com

1Mənbələr