"Serbiyaya qaz nəqli dayandırılmayacaq”.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz nəqli dayandırılmayacaq”.
"Operativ Media" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial platformasında yazıb.
Azərbaycana və Preziden İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm, onu çox yaxın zamanda Belqradda qarşılayacağımı səbirsizliklə gözləyirəm.