AZ

Serbiya Prezidenti İlham Əliyevə təşəkkür etdi

Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Senzor.az bildirir ki, bu barədə Serbiya lideri X sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

“Azərbaycanlı qardaşlarımız və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyimiz Prezidentə sonsuz təşəkkürlər”, - Vuçiç qeyd edib. 

Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.

Seçilən
11
21
senzor.az

10Mənbələr