AZ

Hakan Fidan Suriya toplantısına qatıldı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ər-Riyadda Ərəb Birliyinə üzv ölkələrin iştirakı ilə keçirilən Suriya toplantısına qatılıb.   Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. Fidan, “Türkiyə olaraq Suriya xalqının qarşısındakı çətin yolu asanlaşdırmaq üçün üzərimizə düşəni etməyə hazırıq”, - deyib.

“Bu kritik dövrdə beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyada yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında diqqətli bir tarazlıq quraraq, tarazlaşdırıcı bir qüvvə kimi hərəkət etməliyik”, - o qeyd edib.

Seçilən
6
7
manset.az

10Mənbələr