İranda fəaliyyət göstərən uşaq bağçalarında xarici dil olaraq ingilis dilinin tədris edilməsinə qadağa qoyulub. Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Məlumata görə, Uşaq Təhsili üzrə Milli Təşkilatın rəhbəri Həmid Rza Şeyxül-İslam bağçalarda ingilis dilinin tədrisinin qadağan edildiyini açıqlayaraq deyib: "Biz bu məsələyə nəzarət edib, lazımi xəbərdarlıqları edəcəyik".