Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin " Yeni Şəfəq " qəzeti məlumat yayıb.
Məlumata görə,
Məlumata görə, İran nümayəndələri ilə terror təşkilatı arasında görüş İraqda bazarların birində baş tutub. Kürdlər İrandan əvvəlcə 2000 pilotsuz təyyarə tələb ediblər. Lakin İran nümayəndələri yalnız 1500 ədəd təmin edə biləcəklərini deyiblər.
Razılaşma əldə olunmasına baxmayaraq, Türkiyənin yaxından izləməsi və Suriyaya hər hansı pilotsuz təyyarələrin ötürülməsinə mane olmaq təhlükəsi səbəbindən daşınma gecikdirilib. Hesabatda qeyd olunur ki, razılaşmanı əngəlləmək əzmində olan Türkiyənin səyləri İran və YPG/PKK arasında əməkdaşlığı dayandırıb.
Hesabatda əlavə edilib ki, Türkiyənin təzyiqi altında YPG/PKK alternativ strategiyaya - aşkarlanmamaq üçün pilotsuz təyyarələrin ayrı-ayrı hissələrə daşınması planlaşdırılıb. Lakin Türkiyənin sərhəd boyu əməliyyatlarını davam etdirməsi səbəbindən bu strategiyanın uğuru şübhə altında qalır.
Toğrul İSMAYIL,
Musavat.com