Bakı. Trend:
Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləriDördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində yanvarın21-də Vaşinqtonda görüş keçirməyə razılaşıb.
Trend xəbər verirki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətindəki mənbələrəistinadən məlumat yayıb. Görüş, yanvarın 20-də Donald Trampın ABŞprezidenti kimi andiçmə mərasimi ilə eyni vaxtda baş tutacaq.
Qeyd edilib ki, inauqurasiyadan dərhal sonra QUADnümayəndələrinin görüşünün keçirilməsi misilsizdir. Bu, ABŞ-ın,hətta prezident Trampın dövründə də Hind və Sakit okeanhövzələrindəki ölkələrin işlərində fəal iştirak edəcəyini nümayişetdirmək məqsədini daşıyır.