Xəbər verdiyimiz kimi, Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “Posta”ya müsahibə verib.
“Xatirələr, studiyam, şəkillər, videolar, tablolar və kolleksiyam... Hamısı yandı. Bütün məhəllə yerlə-yeksan oldu. Dostlarımız, tanışlarımız evsiz qalıb”, - deyə, Kənan bildirib.
O deyib ki, yanğınlar tamamilə bitdikdən sonra Berenlə birgə evlərinə gedəcəklər.
Xatırladaq ki, evi yanan türk məşhurlar arasında “Survivor” yarışması ilə tanınan Turabi Camkıran da olub.
Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidir.