Müğənni Kamalə son günlər verdiyi açıqlamalarla diqqət mərkəzindədir. O, özünü "Toylar kraliçası" elan edərək, toy məclislərində ən çox iştirak edən müğənnilərdən biri olduğunu bildirib.
Kamalə Günəşli öz yaşıdları arasında toy məclislərində fərqləndiyini vurğulayıb:
"Böyüklərdən üzr istəyirəm. Toylar kraliçası deyəndəki, necə deyim, mən sırf toy məclislərində oluram. Palatka toylarında daha çox iştirak edirəm. Öz yaşıdlarımla müqayisədə seçilirəm."
Sənətçi Şirvan bölgəsində keçirilən məclislərdə daha çox iştirak etdiyini qeyd edib.
Müğənninin bu cür iddialı açıqlamaları sosial mediada geniş müzakirələrə səbəb olub.