AZ

Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

Afrika ölkələrində hərbi mövcudluğu azalan Fransa dünyanın ikinci ən böyük qitəsində, xüsusilə Sahil bölgəsində də siyasi çəkisini itirir.

Publika..az xəbər verir ki, bu barədə Türkiyə mediasının Paris ilə Afrika ölkələri arasında münasibətlərdəki böhrana həsr olunmuş reportajlarında və analitik məqalələrində deyilir.

“Anadolu” agentliyi oxucuların diqqətini Fransa hərbi kontingentinin Mali, Niger və Burkina-Fasodan tamamilə çıxarılmasına, habelə Çad hakimiyyətinin ötən il noyabrın 28-də Parislə təhlükəsizlik və müdafiə sənayesi sahəsində müqaviləni ləğv etmək qərarına yönəldib.

Agentlik qeyd edir ki, Fransa hərbi kontingenti bu ayın sonunda həmin Afrika ölkəsini tamamilə tərk edəcək.

Türkiyə mediası Seneqal hakimiyyətinin 2025-ci ilə qədər bütün xarici qoşunların ölkə ərazisindən tamamilə çıxarılması qərarını da xatırladır.

“İstiklal” qəzeti Sahil eksperti Ahmet Nuraddinin bu gün Afrika dövlətlərinin müstəmləkəçilik miraslarından tamamilə imtina etməyi hədəflədiklərini və bunun müxtəlif sahələrdə özünü büruzə verdiyi fikrinə istinad edib.

Onun sözlərinə görə, keçmiş müstəmləkələrdə Parisin mövqelərinin zəifləməsinə səbəb təkcə Afrika xalqları arasında milli şüurun artması deyil, həm də digər böyük dövlətlərin, o cümlədən Çin, Rusiya və Hindistanın “addım-addım yürütdükləri” siyasətidir. Bu dövlətlər Afrikada Parisi əvəz edirlər.

A.Nuraddin, həmçinin ABŞ və Yaponiyanın Çinin Afrika qitəsində kəskin rəqabət mühiti yaradan mövqelərini möhkəmləndirməsinə mane olmaq istəyini də diqqətə çatdırıb.

Seçilən
10
3
publika.az

4Mənbələr