Solçu partiyaların “Yeni Xalq Cəbhəsi” alyansı yanvarın 16-da Fransa Nazirlər Kabinetinə etimadsızlıq səsverməsinə çağıra bilər.
Viral.az xəbər verir ki, bu barədə solçu deputat Erik Kokerel TF1-də bildirib.
Hökumətə etimad göstərməmək üçün müvafiq qətnaməni parlamentin 577 deputatından 289-u dəstəkləməlidir. “Yeni Xalq Cəbhəsi”nin 215 mandatı var və onun demarşı digər partiyaların dəstəyi olmadan uğurlu ola bilməz.
Son Yazılar:
- Fransada müxalifət hökumətə etimadsızlıq səsverməsi tələb edə BİLƏR
- Moskva-İrəvan reysini həyata keçirən təyyarə məcburi eniş ETDİ
- Türkiyə və Rusiya XİN başçıları Suriyadakı vəziyyəti müzakirə ETDİLƏR
Kokerel sağçı müxalifətin də səsverməyə qoşulacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Fransua Bayru yanvarın 14-də parlamentdə əsas siyasət vektorlarını açıqlamalıdır. Solçu müxaliflər Baş nazirin siyasi bəyannaməsindən sonra ənənəvi etimad səsverməsinin keçirilməyəcəyi təqdirdə, ona qarşı impiçment prosesinə başlayacaqlarını bildiriblər.