Suriya hakimiyyəti dekabrın sonunda Homs şəhərində (Dəməşqdən 160 km məsafədə) sabitliyin bərpası üçün təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan vətəndaşların böyük bir qrupunu azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Vatan” qəzetinə əyalət Baş Təhlükəsizlik Müdirliyindəki mənbə bildirib.
Qeyd edilib ki, iğtişaşlarda iştirak edən, lakin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə əhaliyə qarşı hərbi cinayətlərdə iştirak etməyən 360 nəfər azad edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta