Bakı. Trend:
Bakı şəhərinin Suraxanı rayonunda yerləşən doqquzmərtəbəliyaşayış binasının 7-ci mərtəbəsində yanğın qeydə alınıb.
Trend xəbər verirki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 35m² olan bir otaqlı mənzildə yanğın nəticəsində 1 ədəd televizor vətelevizor altlığı yanıb.
Hadisə zamanı yüksək temperaturdan mənzilin 1 pəncərə çərçivəsidə qarsalanıb. Lakin yanğınsöndürənlərin operativ müdaxiləsinəticəsində mənzil yanğından mühafizə olunub və alov tamamiləsöndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.