AZ

Trampın müşaviri: “Krım Rusiyanın tərkibində qalacaq”

Ukraynadakı müharibə diplomatik yolla başa çatmalıdır, lakin rusların Ukraynanın ələ keçirilən bütün ərazilərindən qovulacağını gözləmək real deyil.

Bizim.Media xəbər verir ki, bunu ABC News-a müsahibəsində Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib.

Onun sözlərinə görə. başqaları bunu anlamağa başlayır:

“Rusları Ukraynanın hər qarış torpağından, o cümlədən Krımdan sıxışdırıb çıxarmağın mümkün olacağını iddia etmək real deyil. Prezident Tramp bu reallığı tanıdı və mən hesab edirəm ki, bütün dünya da bu reallığı tanımalıdır”.

Uolts onu da qeyd edib ki, Amerikanın yeni administrasiyası Ukraynada səfərbərlik yaşını 18-ə endirməkdə israrlıdır.

O, ümid etdiyini bildirib ki, Ukrayna və Rusiya cəbhədə atəşkəs barədə razılığa gələ bilərlər:

“Bu, faktiki sülh danışıqları istiqamətində hər iki tərəf üçün inanılmaz müsbət addım olacaq”.

Bizim.Media

Seçilən
0
6
bizim.media

5Mənbələr