Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib.
Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki, bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta