Türkiyəli müğənni İrem Derici bədbəxt hadisə ilə üzləşib.Manset.az Sabah nəşrinə istinadən xəbər verir ki, sənətçi Mersindəki konsertindən əvvəl evində yıxılıb. Xəstəxanaya aparılan sənətçinin kəllə-beyin travması aldığı üzə çıxıb.
Onun bu səbəbdən konserti təxirə salınıb. İfaçı hazırda müalicə alır.