Kaliforniyanın Los-Anceles qraflığını bürüyən meşə yanğınları ABŞ tarixində ən dəhşətli təbii fəlakət ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom açıqlama verib.
"Düşünürəm ki, bu, fəlakətin miqyası və dəyən zərər baxımından belə olacaq", - deyə o bildirib.
Qubernator həmçinin bildirib ki, o, yanğın nəticəsində zərər görmüş əmlakın yerli sakinlər üçün bərpasını asanlaşdıracaq sərəncam imzalayıb:
"Biz üç həftə, üç ay, üç il sonranı düşünməliyik. Eyni zamanda, diqqətimiz indi baş verənlərə, yəni insanların və əmlakın təhlükəsizliyinə yönəlməlidir. Fəlakətin nəticələrinin aradan qaldırılmasının məqsədi budur”.