Almaniya Müdafiə Nazirliyi Ukraynaya üçün yeni hərbi yardım paketi hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius deyib.
O, kansler Olaf Şoltsun Ukraynaya yardımı bloklaması ilə bağlı yayılan məlumatları təkzib edib.
“Bloklanma yoxdur. İndi bu məsələ ilə bağlı siyasi qərar verilməlidir. Bütün məsələlərə aydınlıq gətirilən kimi müvafiq qərar gözləyirəm", - Pistorius bildirib.