AZ

Netanyahu və Bayden Qəzza danışıqlarında irəliləyişi müzakirə ediblər

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlarda irəliləyişi müzakirə edib və Ağ Ev rəhbərini yanvarın 12-də Qətərin paytaxtına gələn İsrail nümayəndə heyətinin mandatı barədə məlumatlandırıb.

“Report” xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökumət başçısının dəftərxanası məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahu indicə ABŞ Prezidenti Cozef Baydenlə danışıb. Baş nazir ABŞ Prezidenti ilə girovlarla bağlı danışıqlarda irəliləyişi müzakirə edib və Dohada danışıqlar aparan nümayəndə heyətinə onların azad edilməsi prosesini sürətləndirmək üçün verilən mandat barədə məlumatlandırıb", - açıqlamada deyilir.

Seçilən
2
8
report.az

9Mənbələr