Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə hesabatlarda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və (ya) icbari tibbi sığorta haqlarının az göstərilməsi) aşkar edildikdə vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar” göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarında əksini tapıb.