AZ

ABŞ Çini cilovlamaq üçün Rusiyanı öz tərəfinə çəkmək istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çini cilovlamaq üçün Rusiyanı ABŞ-ın tərəfinə çəkə bilməyəcək...

Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bunu Pekin Universitetinin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun təsisçisi professor Vanq Cisi deyib.

Onun sözlərinə görə, bəzi insanlar, o cümlədən Çində hesab edirlər ki, ABŞ Çini cilovlamaq üçün Rusiyanı öz tərəfinə çəkmək istəyir.

“Tramp, hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətləri xeyli yaxşılaşdıra biləcəkmi? Çinlə döyüşmək üçün Rusiyanı öz tərəfinə çəkə biləcəkmi? Düşünürəm ki, bu, qətiyyən qeyri-mümkündür, belə bir ehtimalın olduğunu düşünmürəm”, professor bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ Rusiya və Çinə qarşı ikili qadağa siyasəti yürüdür. Bu da Pekin və Moskva arasında münasibətləri daha da gücləndirir. Onun fikrincə, Ağ Evin gələcək sahibi bu vəziyyəti dəyişə bilməz.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya və Çinin sözün hər mənasında müttəfiq olduğunu bildirib.

Poliqon.info

Seçilən
13
23
poliqon.info

10Mənbələr