AZ

"Mançester Yunayted" "Arsenal"ı məğlub edib - İngiltərə Kuboku

"Mançester Yunayted" İngiltərə Kubokunun üçüncü mərhələsində "Arsenal"ı penaltilər seriyasında məğlub edib.   Manset.az-ın məlumatına görə, qarşılaşma Londonda baş tutub. Əsas vaxt və iki əlavə hissə 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində Qabriel (63-cü dəqiqə), "Mançester Yunayted"in heyətində Bruno Fernandes (52) fərqlənib. Penaltilər seriyasında “Mançester Yunayted”in futbolçuları daha dəqiq olublar - 5:3. 61-ci dəqiqədə qonaqların müdafiəçisi Dioqo Dalot ikinci sarı vərəqə alaraq meydandan qovulub. 72-ci dəqiqədə “Mançester Yunayted”in qapıçısı Altay Bayındır “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqorun penalti zərbəsini dəf edib.

"Mançester Yunayted"in 4-cü mərhələdəki rəqibi püşkatma ilə müəyyənləşəcək.

Seçilən
1
3
manset.az

4Mənbələr