Braziliyanın cənub-şərqindəki Minas-Jerais ştatında baş verən torpaq sürüşmələri nəticəsində azı 9 nəfər ölüb, daha bir nəfər isə itkin düşüb.
Publika.z xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı məlumat yayıb.
Minas-Jerais ştatında 180 gün müddətinə fövqəladə vəziyyət elan edilib. Yanvarın 12-nə keçən gecə bu bölgədə güclü yağışlar baş verib və torpaq sürüşmələrindən ən çox 220 min nəfərdən çox əhalisi olan İpatinga bələdiyyəsi zərər çəkib.