Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Gəncə şəhərində yerləşən yaşayış kompleksindəki evlərdən birində intihar hadisəsi baş verib.
Teleqraf.com-un qərb bürosunun xəbərinə görə, kompleksin binalarından birinin dəhlizində Ümid Əliyevin meyti aşkarlanıb.
Onun 23-25 yaşı olduğu təxmin edilir.
Meyit müayinə olunması ücün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Teleqraf.com