AZ

Rusiya ilə İran arasında strateji tərəfdaşlıq müqaviləsinin detalları məlum oldu

Bakı. Trend:

Rəsmi Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıqmüqaviləsi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütünsahələrini əhatə edir.

Trend xəbər verirki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

“Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfliəməkdaşlığın bütün sahələrini əhatə edir”, - deyə Cəlali İrantelekanalına verdiyi açıqlamada söyləyib.

Bundan əvvəl İslam Respublikasının XİN rəsmisi İsmayıl Baqaistrateji tərəfdaşlıq müqaviləsinin müdafiə və təhlükəsizlikməsələlərinə də toxunacağını söyləmişdi.

Onun sözlərinə görə, son 20-30 ildə İran və Rusiya arasındaəməkdaşlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib və buna görəmövcud sənədi yeniləmək zərurəti yaranıb.

Məqalədə:
Seçilən
5
1
az.trend.az

2Mənbələr