Türkiyədə daha bir bələdiyyə sədri həbs olunub.
News365.az bu barədə “Haberglobal”a istinadla xəbər verir.
Məlumata görə, Mersində aparılan terror istintaqı çərçivəsində saxlanılan Akdeniz bələdiyyəsinin sədri Hoşyar Sarıyıldız, onun müavini Nuriyyə Arslan və DEM Partiyasından olan 3 bələdiyyə məclis üzvü məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
Onlar silahlı terror təşkilatına üzv olmaq təbliğatı aparmaqla ittiham olunurlar.