Gəncədə 22 yaşlı gənc intihar edib.
Modern.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində baş verib.
Məlumata görə, 2003-cü il təvəllüdlü Ü.Əlizadə intihar edib. O, yaşadığı binanın 2-3-cü binaları arasında özünü yorğanla asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.