Portuqaliya millisinin üzvü Joao Feliks 2026-cı il Dünya çempionatını qazanmaq istədiklərini bildirib.
Portuqaliya millisinin və Londonun "Çelsi" klubunun hücumçusu Joao Feliks 2026-cı ildə milli komandanın kapitanı, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldu üçün dünya çempionu titulunu qazana biləcəklərinə ümid edir.
"Operativ Media" xəbər verir ki, bu haqda "Jogo" nəşri məlumat yayıb.
"Düşünürəm ki, Ronaldo 2026-cı il Dünya Çempionatında iştirak edəcək. Hər şey bunu göstərir. Onun dünya kubokunu qazanmaq arzusu var və biz bu titulu ona bəxş etmək üçün hər şeyi edəcəyik. Məncə, bu, onun çatışmayan yeganə arzusudur".
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika tərəfindən birgə təşkil olunacaq.