“İranla Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında 47 bənddən ibarət sənəd ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir”.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
Onun sözlərinə görə, razılaşmanın imzalanması ilə ölkələrarası münasibətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.
İran prezidenti Məsud Pezeşkianın yanvarın 17-də Rusiyaya reallaşacaq səfəri zamanı ölkələr arasında 2001-ci ildən qüvvədə olan müqaviləni əvəz edəcək hərtərəfli strateji əməkdaşlıq sazişi imzalanacaq.
“Cebheinfo.az”