AZ

Cənubi Koreya kəşfiyyatı KXDR-in Kursk vilayətindəki itkilərinin sayını açıqlayıb

Bu günə qədər Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın əsgəri həlak olub, bu isə dekabrda qeydə alınan göstəricidən 200 hərbçi çoxdur.

Bu barədə "Yonhap” agentliyi məlumat yayıb.

Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, indiyədək regionda Şimali Koreya 3 minə yaxın hərbçisini itirib ki, onların da 300 nəfəri həlak olub, 2700 nəfəri isə yaralanıb.

Dekabr ayının sonuna cənubi koreyalı kəşfiyyatçılar Şimali Koreyanın 100 hərbçisinin həlak olduğunu və 1000-ə yaxın yaralı əsgərinin olduğunu bildirmişdilər.
 
 

Seçilən
6
2
7news.az

3Mənbələr