“Tesla” yeni modelini təqdim etdi
“Tesla” çoxdan gözlənilən 2025 "Model Y Juniper"i təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Autoblog” portalı məlumat yayıb.
Məlumata görə, yeni modelə “Tesla”nın ən çox satılan elektrik SUV-si üçün bir sıra yeniliklər daxildir. Belə ki, ön bamper daha zərifdir və faralar daha parlaqdır. Digər tərəfdən, faralar ön baqaj qapağından keçən işıq zolağı ilə birləşir. Avtomobilin arxa hissəsində də kuzovun bütün enini əhatə edən qırmızı fara quraşdırılıb. "Model 3"dən fərqli olaraq "Model Y Juniper" havalandırılan ön oturacaqlar və yenidən dizayn edilmiş sükan çarxı ilə təchiz edilib.
Arxa oturacaqda oturan sərnişinlər üçün displeylər yerləşdirilib.
“Model Y Juniper” üçün qiymətlər tam müəyyən edilməyib, lakin onun hazırkı 44 min 630 dollarlıq başlanğıc qiymətindən çox fərqli olacağı ehtimalı azdır.