Avstraliyada şəxsi təyyarənin bəndə çırpılması və timsahlarla dolu çaya düşməsi nəticəsində pilot ölüb. Bu barədə 9NEWS məlumat yayıb.Şimali Karolinadakı Fogg Barajı duzlu su timsahlarının yaşadığı qorunan ərazidir. Qəza yerli vaxtla saat 10:20-də baş verib.Təyyarədə iki nəfər - 63 yaşlı pilot və 29 yaşlı sərnişin olub. Kişi yerindəcə keçinib, qadın xəsarət almayıb. Sərnişin vertolyotla hadisə yerindən təxliyyə edilib və müayinə üçün Royal Darvin xəstəxanasına aparılıb.Qəzanın səbəbi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta