Futzal üzrə Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin Azərbaycan – Yunanıstan oyunu üçün təyinatlar müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar. Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaqlar. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.
Xatırladaq ki, Azərbaycan – Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.
AÇ-2026-nın əsas mərhələsi
4 fevral
Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Hakim-inspektor: Sreten Vasiç (Serbiya).
UEFA nümayəndəsi: Vladimir Kolbasiuk (Moldova).
Bakı İdman Sarayı. Saat 20:00.