Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Dırnısvə Unus kəndlərində Şəhidlər xiyabanlarını ziyarət edib, Dırnıskəndindən olan şəhid Quliyev Azər Nuru oğlunun, Unus kəndindən olanşəhid Yusifov Vüsal Nizami oğlunun və Anaqut kəndindən olan şəhidQuliyev Sərxan Elxan oğlunun evlərində ailələrini ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, torpaqlarımızın azadlığıuğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının hər birininhəyat yolu indiki və gələcək nəsillər üçün vətənpərvərlikməktəbidir. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarınınşücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhunaehtiram göstərir, xatirəsini daim uca tutur.
Şəhidlərin ailələri göstərilən diqqət və qayğıya görə Prezidentİlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehribanxanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Dırnıs kəndinin ən yaşlı sakinləri 97yaşlı Rzayeva Səlbi Fərman qızını, 91 yaşlı Möhsünov Adil Sadıqoğlunu, Kələki kəndinin ən yaşlı sakini 90 yaşlı Əhmədova ƏsmərMəmiş qızını, Pəzməri kəndinin ən yaşlı sakini 86 yaşlı AbdullayevRamazan Fərman oğlunu və Unus kəndinin ən yaşlı sakini 98 yaşlıAbdullayev Zaman Fərman oğlunu evlərində ziyarət edib, onlara ənxoş arzularını çatdırıb.
Görüş zamanı kənd sakinləri dövlətimizin göstərdiyi diqqət vəqayğıya görə minnətdarlıqlarını bildirib və ziyarət üçün millətvəkilinə təşəkkür ediblər.