Son vaxtlar Nikol Paşinyanın bəyanatlarına əsasən Ermənistan,nəhayət, bir müddət əvvəl mümkünsüz təsir bağışlayan qərar verməyəhazır olduğunu göstərir.
Belə ki, İrəvan ATƏT-in Minsk Qrupunun rəsmi buraxılmaprosesiniə start verəcəyini vəd edir.
Əvvəllər müxtəlif bəhanələrlə təxirə salınan bu addım indiİrəvan tərəfindən "sülh paketi"nin bir hissəsi kimi təqdim olunur -Azərbaycanın münasibətlərini tənzimləmək niyyətinin dünyaya nümayişetdirilməsi cəhdi. Lakin bu məcburi görünən addımın arxasında sülhistəyindən daha dərin səbəblər dayanır.
ATƏT-in Minsk Qrupunun buraxılması Bakının uzun müddətdir tələbetdiyi məsələdir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, "Qarabağmünaqişəsinin həlli" məqsədilə yaradılan bu format 44 günlük Vətənmüharibəsində Azərbaycanın qələbəsindən sonra hər hansıaktuallığını itirib. Konkret həllər təqdim etmək iqtidarındaolmayan Minsk Qrupu siyasi anaxronizmə çevrilərək beynəlxalqvasitəçiliyin uğursuzluq rəmzi olub. Bununla belə, İrəvan üçün butələbin qəbul edilməsi öz ambisiyalarına vurulan ciddizərbədir.
N.Paşinyanın qrupun buraxılmasını “normallaşma paketi”nə daxiletməyə hazır olduğunu ifadə etməsi daha çox narahat həqiqətlərdənyayınmaq cəhdi kimi səslənir. Ermənistan artıq reallıqla üzləşib:bundan sonra müqavimət göstərməyin heç bir mənası yoxdur. Bundanəlavə, baş nazir paketi sərhədlərin delimitasiyası vədemarkasiyası, beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardanimtina və sülh müqaviləsinin imzalanması kimi məsələlərləzənginləşdirmək təklif edir. Amma təkliflərin nə dərəcədə səmimiolduğu sual altındadır. Hər bənddə siyasi hesablama, beynəlxalqictimaiyyət qarşısında nüfuzu qorumaq cəhdi hiss olunur.
ATƏT-in Minsk Qrupu uzun illər beynəlxalq riyakarlığın simvolukimi böyük güclərin maraqları həqiqi münaqişə həlli cəhdlərindənüstün tutulmuşdur. Ermənistan üçün qrupun buraxılması yalnız onunmövcudluğunun mənasızlığını qəbul etmək deyil, həm də diplomatikmübarizədə məğlubiyyət deməkdir. Məhz Azərbaycan illər ərzində buformatın ləğvi üçün ardıcıl şəkildə mübarizə aparmış və onu təzyiqvə vaxt uzatma aləti kimi qiymətləndirmişdir.
İrəvan həqiqətən Minsk Qrupundan imtina etməyə hazırdır, yoxsabu, sadəcə taktiki manevrdir? Çox güman ki, N.Paşinyanın qərarıQərb qarşısında “konstruktivlik” nümayiş etdirmək məqsədilə atılmışbir addımdır. Amma bu taktika reallıq sınağına tab gətirəbiləcəkmi?
Bu kontekstdə qrupun iki əsas həmsədri olan Fransa və ABŞ-ınrolu böyük əhəmiyyət daşıyır. Ermənistana açıq dəstək göstərənParis bölgədə təsir vasitəsi kimi qalan bu strukturun buraxılmasınaasanlıqla razılaşmayacaq. Qlobal maraqlarla hərəkət edən Vaşinqtonisə Minsk Qrupundan Cənubi Qafqazda mövqelərini saxlamaq üçünistifadə edə bilər. Ermənistanın rəsmi müraciət etməsi halındabelə, proses ləngiyəcək – Vaşinqtonla Paris bunu bilərəkdən, qəsdənedə bilərlər. Məqsəd vəziyyəti Azərbaycana təzyiq vasitəsinəçevirməkdir.
Beləliklə, qarşımızda yalnız diplomatik deyil, həm də geosiyasioyun açılır. Azərbaycan öz maraqlarını ardıcıl və qətiyyətlə həyatakeçirərək, İrəvanı güzəştlərə getməyə məcbur etmişdir. MinskQrupunun buraxılmasının arxasında daha dərin bir məna dayanır: bu,Cənubi Qafqazda Bakının dominantlığı ilə formalaşan yeni reallığınetirafıdır.
Ermənistan üçün bu addım beynəlxalq təzyiqlərə məruz qalaraqreallığı qəbul etməyin acı təcrübəsidir. Bölgədə uzunmüddətli vədavamlı sülhə nail olmaq hələ də uzaq perspektivdə görünür. Hər biraddımın arxasında müxtəlif ambisiyalar, hesablamalar və gizliməqsədlər dayanır.
44 günlük İkinci Qarabağ Müharibəsindən dərin daxilitransformasiyalar yaşayan Ermənistan hazırda taleyüklü bir seçiminastanasındadır: ya Avrasiya İqtisadi Birliyində (AİB) qalaraqmövcud iqtisadi modelini qoruyacaq, ya da Avropa İttifaqına (Aİ)inteqrasiya yoluna çıxaraq böyük risklərə rəğmən yeni bir istiqamətseçəcək. Nikol Paşinyan hökumətinin Aİ-yə üzvlük prosesinibaşlatmaq üçün qanun layihəsi hazırlamaq təşəbbüsü ölkə daxilindəvə xaricində geniş müzakirələrə səbəb olub. Xüsusilə də Rusiya, buaddımı təkcə kurs dəyişikliyi kimi deyil, həm də Cənubi Qafqazdakıstrateji maraqlarına qarşı ciddi bir təhdid kimi qəbul etdi.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk açıq şəkildəbildirdi ki, Ermənistanın Avrointeqrasiya kursu ölkə üçün iqtisadifəlakətlə nəticələnə bilər. Enerji resurslarının bahalaşması,əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi, ixracın 70-80%-ə qədərazalması - Moskva, İrəvanın AİB-dən çıxacağı halda belə bir ssenariproqnozlaşdırır. Overçukun fikrincə, iki inteqrasiya blokunun – AİBvə Aİ-nin birgə mövcudluğu mümkün deyil, çünki hər iki qurummalların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəstdövriyyəsini tələb edir. O, Ermənistanın Aİ-yə potensial üzvlüyünü“Titanik bileti” almaqla müqayisə edərək bu təşəbbüsün risklərinivurğuladı.
"Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü ölkənin Avrasiyaİqtisadi İttifaqında (Aİİ) iştirak etməsi ilə uyğun gəlmir. Aİİ vəAİ bir-biri ilə uyğun gəlmir. Hər iki ittifaq gömrük sərhədlərininolmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsininsərbəst hərəkətini nəzərdə tutur. Bu iki ittifaqın hər hansı birnöqtədə birləşəcəyini təsəvvür etmək mümkün deyil. Buna görə də,Ermənistanda nəzərdən keçirilən "Avropa İttifaqına qoşulmaprosesinin başlanması haqqında" qanun layihəsi bu ölkəni seçimqarşısında qoyur. Əgər Ermənistan Aİİ ilə əlaqələri dayandırarsa,bir tərəfdən enerji və ərzaq qiymətləri artacaq, digər tərəfdən isəerməni mallarının ixracı 70-80% azalacaq. Beləliklə, adi insanlargəlirlərini itirəcək, işlərini itirəcək və ən zəruri şeylər üçündaha çox ödəyəcəklər. Əvəzində onlar, çox güman ki, vizasız rejiməldə edəcək, Ermənistan isə depopulyasiya ilə üzləşəcək. İndi dahaaydın görünür ki, Aİİ-də üzvlük bir imtiyazdır», - deyə OverçukAvropa İttifaqına üzvlüyü «Titanik»ə bilet almaqla müqayisə edərəkqeyd edib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanınAvropa İttifaqına üzvlüyü haqqında qanun layihəsini təsdiqləyib.Qanunun qəbul edilməsi bu prosesə start verəcək. Birbaşa Aİ-yəüzvlük qərarı isə ümumxalq referendumu yolu ilə qəbul edilməlidir,- deyə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındabildirib.
Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədrmüavini Andrey Klimov da bənzər mövqe sərgiləyərək ErmənistanınAvrointeqrasiya kursunun təkcə iqtisadi deyil, həm də geosiyasirisklər yaratdığını qeyd etdi. O, Ukrayna böhranı ilə paralellərapararaq, Qərbə yönələn seçimin ənənəvi əlaqələrin dağılması vəmünaqişə ilə nəticələnə biləcəyini vurğuladı.
Medalın digər üzündə isə Ermənistanı tərəfdaş və islahatlara canatan bir ölkə kimi görən Avropa İttifaqı dayanır. Brüssel üçünErmənistanın avrointeqrasiya prosesi Rusiyanın təsirini zəiflətməkvə regionda strateji maraqlarını gücləndirmək üçün bir fürsətdir.Ermənistan isə öz növbəsində iqtisadi dəstək, investisiyalar vəvizasız rejimə ümid edir. Fəqət vədlər AİB-dən çıxmağın nəticəsindəyaranacaq itkiləri kompensasiya etmək üçün kifayət etməyəbilər.
Eyni zamanda, Ermənistan daxilində də avrointeqrasiya mövzusukəskin mübahisələrə səbəb olur. Əhalinin bir hissəsi bu kursuinkişaf, demokratikləşmə və azadlıqla əlaqələndirir. Digərləri isəbunu iqtisadi sabitlik və ənənəvi əlaqələr üçün təhlükə kimi görür.Xüsusilə də Rusiya bazarına yönəlmiş biznes dairələri üçün buməsələ olduqca həssasdır.
Ermənistan ciddi bir dilemmanın qarşısındadır: AİB-də qalaraqucuz enerji resurslarına və ticarət güzəştlərinə çıxışı qorumaq,yoxsa “Avropa arzusu” naminə mövcud iqtisadi modelini təhlükəaltına atmaq. Həmin arzu Ermənistan üçün həqiqətən dəyərli olarmı?Ukrayna və Gürcüstan kimi qonşu ölkələrin təcrübəsi göstərir ki,avrointeqrasiya hər zaman arzulanan nəticələrə gətirib çıxarmır.Ticarət və vizasız rejimin liberallaşdırılması adətən sərtislahatlar, qiymət artımı və sosial gərginliklə müşayiətolunur.
Bu fonda Rusiya rəsmilərinin xəbərdarlıqları əsaslı görünür.Ermənistan, AİB-dən çıxacağı halda, həqiqətən də ixrac gəlirlərininböyük hissəsini itirmək riski ilə üz-üzədir. Lakin uzunmüddətliperspektivdə Avrointeqrasiya ölkəyə texnologiya, investisiya vətəhsil proqramları sahəsində yeni imkanlar aça bilər.
Ermənistanın avrointeqrasiya qərarı yalnız iqtisadi deyil, həmdə siyasi çağırışdır. Nikol Paşinyan üçün bu addım ölkə daxilindəmövqelərini möhkəmləndirmək və Qərbin dəstəyini qazanmaq cəhdi olabilər. Lakin bu qərar qaçılmaz olaraq cəmiyyətdə dərin çatlaryaradır və Ermənistanın təhlükəsizlik zəmanətçisi olmuş Rusiya iləmünasibətləri daha da gərginləşdirir.
Ermənistanın Avrointeqrasiya kursunun gələcəyi hələ dəqeyri-müəyyən qalır. Bu, irəliyə doğru atılan bir addımdır, yoxsanaməlumluğa doğru bir tullanış? Bu suala cavab Ermənistanınislahatlara nə qədər hazır olmasından və Aİ-nin İrəvanı mürəkkəbkeçid dövründə dəstəkləməyə nə qədər qadir olmasından asılıdır.
Aleksey Overçukun bəyanatı Ermənistanda ziddiyyətli reaksiyalarasəbəb oldu. Ermənistan parlamentinin Avrointeqrasiya məsələləriüzrə Komitəsinin sədri Arman Eqoyan Moskvanın arqumentlərini şübhəaltına alaraq daha çevik yanaşma imkanına işarə etdi: “Niyə RusiyaAİ və Gürcüstanla ticarət edə bilir, amma biz AİB üzvü olduğumuzhalda özümüzü məhdudlaşdırmalıyıq?” Bu ritorik sual Ermənistancəmiyyətində avrointeqrasiya tərəfdarları və əleyhdarları arasındamövcud olan dərin ziddiyyətləri üzə çıxarır.
Bununla belə, rasional və soyuqqanlı təhlil göstərir ki,Ermənistanın AİB-dən çıxışı həqiqətən də onu əsas iqtisadiüstünlüklərdən məhrum edəcək. Fransa və ya Brüsselin dəstəyiErmənistanın AİB-lə əlaqələri kəsməsi nəticəsində üzləşəcəyiiqtisadi zərərləri kompensasiya etmək iqtidarında deyil.
İrəvanın xarici siyasət kursunu dəyişmək cəhdi bütün CənubiQafqazı təlatümə sala bilər. Bu risklərin əsasını Ermənistanındaxili zəiflikləri və gündəmdə duran həssas məsələlər təşkil edir.Hələ də həllini tapmayan sərhədlərin delimitasiyası, Zəngəzurdəhlizi ilə bağlı müzakirələr və azərbaycanlıların QərbiAzərbaycana (indiki Ermənistan ərazisi) qayıdışı mövzusu bölgədəyeni gərginlik dalğasına səbəb ola bilər.
Avropa İttifaqı Paşinyanın təşəbbüslərini dəstəkləyərəkErmənistandan Rusiya ilə rəqabət aparmaq üçün bir alət kimiistifadə etməyə çalışır. Lakin Brüssel geosiyasi oyuna diqqətyetirərkən real risklər kölgədə qalır. Ermənistan ərazisindən keçənnəqliyyat marşrutlarının açılması və ya azərbaycanlıların öz tarixitorpaqlarına qayıtması ciddi siyasi iradə tələb edir ki, bu iradəhələ ki, İrəvanda müşahidə edilmir.
Ermənistandan azərbaycanlıların XX əsrin ortalarındadeportasiyası regional tarixdə ən ağrılı səhifələrdən biridir.1987–1991-ci illər arasında 250 mindən çox azərbaycanlı özyurdlarından qovulub. Bu gün Azərbaycan üçün həmin insanların geriqayıdışı ədalət tələbindən daha çox, beynəlxalq hüquq normaları ilədəstəklənən strateji bir məqsəddir.
Ermənistanın Aİ ilə yaxınlaşma qərarı onun xarici siyasətindəəsas paradoksu üzə çıxardı: iqtisadiyyatı və təhlükəsizliyiRusiyadan asılı olan bir ölkə bu təsirdən çıxmağa çalışır. AmmaAvropa İttifaqı Ermənistana Rusiyadan daha çox təklif edə bilərmi?Ekspertlər bununla bağlı şübhəlidirlər. Bu gün Avropa on beş iləvvəlki kimi səxavətli deyil. Ermənistan, sanksiyalar tətbiq etməkvə daxili sabitliyi tamamilə poza biləcək struktur islahatlarıdaxil olmaqla, sərt şərtləri yerinə yetirməli olacaq.
Ermənistan daxilində də skeptisizm hiss olunur. Kursun dəyişməsiqaçılmaz olaraq yeni müttəfiqlər axtarışını tələb edəcək. Ammaböhran zamanı Ermənistana kim kömək edəcək? Fransa legionu? NATO?Bu sual ritorik olaraq qalır.
Nikol Paşinyan “Sülh yolayrıcı” layihəsini fəal şəkildə irəlisürərək Ermənistanı bölgənin nəqliyyat sistemində əsasəlaqələndirici halqa kimi təqdim etməyə çalışır. Lakin Azərbaycanınetimadı olmadan bu layihə yalnız xəyal olaraq qalacaq. Bakı,2020-ci il üçtərəfli bəyanatında təsbit edilmiş öhdəliklərin, ocümlədən Zəngəzur dəhlizinin açılmasının yerinə yetirilməsindəisrar edir. Azərbaycan üçün bu marşrut təkcə logistik layihə deyil,həm də münaqişənin bitdiyinin rəmzidir.
Ermənistan üçün hazırkı seçim ənənəvi əlaqələrin qorunması iləqeyri-müəyyən gələcək arasında bir balansdır. AvrointeqrasiyaErmənistanı Rusiyanın təsirindən çıxarmaq üçün bir fürsət olabilər, amma bu addımın qiyməti olduqca yüksək ola bilər. Paşinyanınkursu Ermənistan xalqı üçün bir ümid işığı olacaq, yoxsa Overçukundediyi “Titanik bileti”nə çevriləcək?
Hər bir qərarın əks-sədası gələcəkdə eşidiləcək. Ermənistanıngələcəyi ambisiyalar və reallıq arasında tarazlıq tapmaqbacarığından asılı olacaq.
Ermənistanın AİB-dən çıxaraq Aİ-yə yaxınlaşmaq cəhdi ölkə üçünfəlakətli nəticələrə gətirib çıxara bilər. Uzun müddət Ermənistanıntəhlükəsizliyinin qarantı olmuş Moskva, yeni şəraitdə bu rolunudavam etdirməyəcək. AİB-in təqdim etdiyi iqtisadi güzəştlərdənimtina enerji qiymətlərinin artması, yaşayış səviyyəsinin enməsi vəciddi iqtisadi itkilərlə nəticələnəcək.
Azərbaycan üçün isə bu vəziyyət yeni imkanlar açır. Ermənistanınzəifləyən mövqeləri şəraitində Bakı tarixi ədalətin bərpası vəazərbaycanlıların Qərbi Azərbaycandakı tarixi torpaqlarınaqayıtması məsələsində təşəbbüsü artırmaq şansı qazanır.