AZ

“Azəriqaz”ın baş direktorunun müşaviri avtomibili ilə piyadanı vuraraq öldürüb

"Azəriqaz" İstehsalat Birliyin baş direktorun müşaviri Nail Abdullayev Bakıda avtomobillə piyadanı vuraraq öldürüb. Bu barədə yerli mətbuatda xəbər paylaşılıb. 
 
Belə ki, Abdullayev idarə etdiyi "Mercedes" markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub və hadisə nəticəsində piyada yerində ölüb. 
 
Qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.


www.anews.az
Seçilən
14
7
anews.az

10Mənbələr