Ermənistanın iqtisadiyyat naziri bildirib ki, ölkəsi Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmir.
"Ermənistan hökuməti Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq məsələsini nəzərdən keçirmir".
"Operativ Media" xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
"Hazırda Ermənistan Aİİ-nin üzvüdür. Və hazırda Aİİ-dən çıxmaq məsələsi Ermənistan hökumətinin gündəmində deyil", - Papoyan qeyd edib.