AZ

KİV: Rusiya hava limanlarını dronlardan qorumaq üçün pul xərcləməyi planlaşdırmır

Rusiya hakimiyyəti I kateqoriyalı nəqliyyat infrastrukturu obyektlərinə aid mülki aerodromları pilotsuz uçuş aparatlarından qorumaq üçün texniki vasitələrlə təchiz etməyi planlaşdırmır.

Herbiand.az bildirir ki, bu barədə “Vedomosti”yə Nəqliyyat Nazirliyinə yaxın mənbə və “İnfrastrukturun inkişafı, təhlükəsizliyin təmin edilməsi və pilotsuz təyyarə sistemlərinin ixtisaslaşdırılmış sertifikatlaşdırma sisteminin formalaşdırılması” federal layihəsinin yeni versiyası ilə tanış olan mənbə bildirib.

Nəşr qeyd edib ki, I kateqoriya aerodromlarına Moskva ilə yanaşı, Sankt-Peterburq (Pulkovo), Soçi, Yekaterinburq (Koltsovo), Novosibirsk (Tolmaçevo), Krasnoyarsk (Yemelyanovo), Ufa, Kazan, Mineralnıye Vodı, Xabarovsk, Omsk, Çelyabinsk ("Balandino"), Yujno-Saxalinsk, Yakutsk, Tümen, Kalininqrad ("Xrabrovo") və s. hava limanları daxildir.

Vurğulanıb ki, hərbçilər və hava limanlarının özləri dronlara qarşı mübarizəni davam etdirəcəklər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
herbiand.az

1Mənbələr