AZ

Şiddətli qar fırtınası səbəbindən 29 turist bir neçə gündür meyxanada qalıb

İngiltərədə Swaledale vadisində 528 m hündürlükdə yerləşən meyxanada güclü qar yağışı nəticəsində 29 nəfər sıxışıb.

QHT.az xəbər Turistlər qar yağışı ilə bağlı xəbərdarlıqları ciddi qəbul etmədiklərini bildiriblər. "Biz elə bilirdik ki, öhdəsindən gələ biləcəyimiz cəmi 5 sm qar var. Biz Cənubi Bavariyada qar yağmağa öyrəşmişik", - Almaniyadan olan cütlük deyib.

Lakin vəziyyət sürətlə pisləşdi - yollar keçilməz hala gəldi. "Bəziləri dörd təkərli nəqliyyat vasitəsi ilə qaçmağa çalışsa da, əksəriyyəti ilişib qalıb. Bir qrup sadəcə olaraq karvanını tərk edərək minib getdilər", - alman turist deyib. 

Qaçıb çıxa bilməyənlər bir həftəyə yaxın meyxanada qalmalı olublar. Təcrid olunmuş turistlər qar döyüşlərində, karaoke və diskotekalarda yarışlar təşkil edir, həmçinin filmlərə baxırdılar. "Bu, qütb ekspedisiyasına bənzəyirdi. Pub aşpazı da qapalı idi, ona görə də çoxlu yemək var idi" dedi. Turistlər yalnız yanvarın 9-da səhər saatlarında, qar təmizləyən traktor meyxanaya yollananda xilas edilib. 

 

R.İmanov

Seçilən
12
qht.az

1Mənbələr