Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2025-ci ilin ilk təlim-məşq toplanışına start verib.
Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız hazırlığa Göygöldə başlayıb. Komandamızın yeni çalışdırıcısı toplanışa 36 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq prosesi yanvarın 25-də yekunlaşacaq.