AZ

Türk professor Zəngəzur dəhlizi ilə bağlı kitab YAZDI

Marmara Universitetinin tanınmış tarixçisi Professor Okan Yeşilotun "Dünəndən bugünə Zəngəzur" adlı kitabı nəşr olunub.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, professor kitabı dr. Zeynəb Akarslan və dr. Gülcan İnalcık ilə birlikdə ərsəyə gətirib.

Kitabda Zəngəzurun qədim Türk yurdu olduğu, türklərin köçə məcbur edildiyi izah olunur. Kitab çarlıq və Sovet dövrü Zəngəzurdan bəhs edilir və Vətən Müharibəsinin ardından  regiondakı vəziyyət detallı şəkildə izah olunur.

Kitabda Zəngəzurun tarixi, coğrafi, strateji və siyasi önəmi, Zəngəzur dəhlizinin beynəlxalq və regional strateji əhəmiyyəti, dəhlizin regiondakı ölkələr arasındakı nəqliyyat, ticarət ve enerji nəqliyyat xətləri baxımından daşıdığı önəmi, eləcə də bölgənin və dəhlizin gələcəkdəki potensialı və dövlətlərarası əlaqələrə mümkün təsirləri araşdırılıb.

Kitabın müəlliflərindən olan Prof. Dr. Okan Yeşilotun Azərbaycan tarixi ilə bağlı Hacı Zeynəlabidin Tağıyev, Hacı Həsən Məlikzadə Zərdabi və Əkinçi qəzeti, Atəş çəmbərində Azərbaycan və başqa kitabları mövcuddur. 

Seçilən
28
1
azedu.az

2Mənbələr