Olaylar.az xəbər verir ki, Klod Jarman daha çox "Ceyran balası" filmindəki rolu ilə tanınır. Bu film ona "Gənclər üçün Oskar" mükafatını qazandırıb. Aktyor həmçinin "Günəş qalxır", "Məzarlığın təhqiri", "Çətin marşrut" və digər filmlərdə rol alıb.
Uşaq yaşlarından məşhurlaşan aktyorun illər keçdikcə məlahətli görünüşü dəyişdi və çəkiliş təklifləri azalmağa başladı. Bunun ardından Jarman orta təhsilini başa vurmaq üçün doğulduğu Tenessi ştatının Neşvil şəhərinə qayıtdı. Daha sonra ABŞ Hərbi Dəniz Donanmasında üç il xidmət etdi. Qısa müddətlik kino karyerasına geri dönsə də, bu dönüş davamlı olmadı. Bununla belə, illərlə Oskar mərasimlərində fəxri qonaq qismində iştirak edərək böyük diqqət gördü.
Jarman şəxsi həyatında üç dəfə ailə qurub. Onun beş qızı, iki oğlu və səkkiz nəvəsi var.