AZ

Qapıçıdan kuryoz səhv: Sevinci qursağında qaldı

Braziliyanın Paranaenşe ştatının çempionatının ilk turunda "Atletiko Paranaenşe" "Parana" komandasını 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, bu görüş qonaqların qapıçısı Qabriel Qasparottonun kuryoz səhvi ilə yadda qalıb. İkinci hissədə hesab 0:1 olarkən hakim "Parana"nın qapısına penalti təyin edib. Qolkiper zərbəni dəf edib və qurtarışını qeyd etməyə başlayıb. Lakin Lukas Di Iorio özünü topa çatdırıb və onu qapıdan keçirib.

Bu epizod matçın axarını dəyişib. Çünki hesabı bərabərləşdirən “Atletiko Paranaenşe” daha sonra daha bir qol vuraraq qalib gəlib - 2:1.

Seçilən
17
publika.az

1Mənbələr