AZ

Qarabağ və Şərqi Zəngəzura yatırılan investisiya dövlətimizin gücünü daha da artıracaq- ÖZƏL

"Dövlət başçısının yerli telekanllara müsahibəsində diqqət çəkən mühüm məsələlərdən biri Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Azad edilmiş ərazilərdə keçmiş köçkünlərin qayıdışı üçün geniş imkanlar yaradılıb və bu, həmçinin yerli əhalinin iş yerləri ilə təmin olunması və sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Atılan addımlar regionda uzunmüddətli sabitlik və inkişafın təmin edilməsi baxımından mühüm bir mərhələni təşkil edir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyalar dövlətimizin gücünü və strateji əhəmiyyətini beynəlxalq aləmdə daha da artıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr