AZ

Türk futbolçudan onu "Heyvan" adlandıran komanda yoldaşına cavab

style='margin-bottom:10px;'>

"Mançester Yunayted"in futbolçuları Rasmus Hojlundla komandanın türk futbolçusu Altay Bayandır arasında zarafatyana söz atışması olub.

QOL.az xəbər verir ki, bu, dünən İngiltərə kubokunun 3-cü mərhələsində "qırmızı şeytanlar"ın "Arsenal"a qarşı matçından sonra baş verib. 

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penatilərlər seriyasında "Mançester Yunayted" 5:3 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Türk qapıçı matçın qəhrəmanı olub. O, 61-ci dəqiqədə penalti dəf edib. Penaltilər seriyasında isə Altay Bayandır daha bir zərbəni dəf edib.

Oyundan sonra danimarkalı Rasmus Hojlund sosial media hesabında zarafatla belə bir paylaşım edib: "Beast " sözünün türkcəyə tərcüməsinin "heyvan" demək olduğunu öyrəndim. Bu səbəbdən sadəcə bir paylaşım etmək mümkündür: matçın heyvanı ilə tanış olun".

Altay Bayındır isə Rasmus Hojlund "My heyvan" cavabını yazıb.

Futbolçular arasında bu söz atışması sosial mediasda viral olub.

Seçilən
8
1
teleqraf.com

2Mənbələr