AZ

Bərdədə avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb

Bərdədə

Bərdədə avtomobilin qaz xəttinə çırpılması yanğına səbəb olub."Ulusum".az yerli mətbuata istinadən xəbər verir ki, hadisə rayonun Mollaisalar kəndində baş verib. Yanvarın 13-də gecə saatlarında “Hyundai Accent” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb. Qəzadan sonra qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.Qəza nəticəsində 108 mm-lik qaz xəttinə, Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib, bununla da Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə təbii qazın verilməsi dayanıb. Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.

Diqqət Çəkənlər

Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Nazim Hikmət 123 yaşında: Ədəbiyyat Dahisi üçün Türkiyədə Anma Tədbirləri Keçiriləcək

Seçilən
21
15
ulusum.az

10Mənbələr